• $
  • €
  • ₽
  • ₺
  • £

DYP sürücülərə və piyadalara müraciət edib

DYP sürücülərə və piyadalara müraciət edib
07.10.2025 18:05

Baş Dövlət Yol Polisi İdarəsi oktyabrın 8-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.

İdarənin açıqlamasında qeyd olunur ki, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olsa da, gündüz bəzi yerlərdə çiskinli yağış və duman müşahidə oluna bilər. Azərbaycanın şərq rayonlarında da oxşar hava şəraiti gözlənilir və görünmənin məhdudlaşma ehtimalı var.

Müraciətdə bildirilir ki, belə hava şəraitində yol hərəkətində diqqətin artırılması, sürət həddinin azaldılması, ara məsafəsinin gözlənilməsi və işıq cihazlarının işlək vəziyyətdə saxlanması vacibdir. Duman və çiskin zamanı uzaq işıqlar əvəzinə yaxın işıqların istifadəsi, avtomobilin texniki vəziyyətinin — təkərlər, əyləc sistemi və s. — yoxlanılması tövsiyə olunur.

Piyadalardan xahiş olunur ki, yolu yalnız müəyyən edilmiş yerlərdən keçsinlər və gecə vaxtı hava şəraiti ilə əlaqədar olaraq açıq rəngli və işıqqaytarıcı elementli geyimlərdən istifadə etsinlər.

“Müraciət”də vurğulanır ki, yolda hər bir hərəkət məsuliyyət tələb edir və təhlükəsizliyin təmin olunması üçün qaydalara əməl edilməlidir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol