Qızı anasının ölümündə xəstəxananı günahlandırır

Bakıdakı Respublika Diaqnostika Mərkəzində əməliyyat olunan qadının qızı anasının ölümündə həkimləri səhlənkarlıqda ittiham edib.
Baku TV məlumatına görə, Ziyafət Səfiyeva sentyabrın 25-də xoşxassəli beyin şişinin çıxarılması üçün əməliyyat olunub. Onun qızı Lamiyə Quliyeva bildirib ki, neyrocərrah Tural Rəhimli əməliyyatı “çox sadə prosedur” kimi təqdim edib.
L.Quliyevanın sözlərinə görə, əməliyyatdan bir gün sonra anasında kəskin beyin qanaması baş verib, lakin həkim üç saat ərzində xəstəxanaya gəlməyib
: “Anam o müddət ərzində təcrübəsiz rezidentlərin və tibb bacılarının nəzarətində qaldı. Mən 36 min manat verdim, amma anamı öldürüb mənə verdilər,” — o bildirib.
Xəstəxana rəhbərliyi hadisə ilə bağlı şərh verməyib.
Son xəbərlər
Daha çox 