Qəbələdə ağır yol nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb - VİDEO

Qəbələnin Bum qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı bir nəfər vəfat edib, iki nəfər yaralanıb. Bu barədə DİN-də olan etibarlı mənbə anews.az-a bildirib.
"Oktyabrın 6-da saat 21 radələrində Qəbələ rayonunun Bum qəsəbəsi ərazisində Elvin Qasımovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil dirəyə çırpılıb. Nəticədə sərnişin, 48 yaşlı Cahid Hüseynov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü və digər sərnişin, 36 yaşlı Laçın Mahmudov xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb", - məlumatda bildirilib.
Avtomobili idarə edən Elvin Qasımov Qəbələ rayonu Qəmərvan kənd sakinidir.
Hadisənin baş verməsi faktını TƏBİB də təsdiq edib.
Belə ki, qurumdan daxil olan məlumata görə oktyabrın 6-da saat 21:30 radələrində Qəbələ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi cinsli) Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub
1989-cu il və 1993-cü il təvəllüdlü şəxslərə alın sümüyünün sınığı, qapalı kəllə-beyin travması və döş qəfəsinin travması diaqnozu təyin olunub.
"Vəziyyəti orta ağır qiymətləndirilən 1989-cu il təvəllüdlü şəxs cərrahi əməliyyata götürülüb, müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. 1993-cü il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir", - TƏBİB açıqlamasında bildirilib.
TƏBİB həmçinin hadisə nəticəsində 1 nəfərin ölüm faktının qeydə alındığını da təsdiqləyib.
Anews.az
Son xəbərlər
Daha çox 