Bakı şəhər icra hakimiyyətinin şöbə müdiri vətəndaşa hücum edib — VİDEO
Azərbaycan sosial şəbəkələrində Bakı Şəhər İcra Hakimiyyətinin nəzarət-yoxlama şöbəsinin müdiri Zülfüəli İsmayılovun iştirakı ilə video yayılıb.
Kadrlar Zülfüəli İsmayılovun Bayırşəhərdə sökülən binanın fonunda çəkiliş aparan vətəndaşdan kameranı söndürməyi tələb etdiyini göstərir.
Vətəndaş etiraz etdikdə, vəzifəli şəxs əvvəlcə nalayiq ifadələr işlədib, daha sonra isə operatora hücum edib.
N.Təbrizli