Xankəndi, Ağdərə və Xocalıda yaşayan əhalinin sayı açıqlanıb
Xankəndi, Ağdərə və Xocalıda hazırda 23 min nəfərdən çox sakin məskunlaşıb. Bunu Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, hazırda universitetdə 2000-dən çox tələbə təhsil alır və onlar müxtəlif sosial-innovativ layihələrdə iştirak edirlər.
"Bölgənin davamlı inkişafı və sakinlərin öz doğma torpaqlarına qayıdışı məsələsi dövlətin prioritet vəzifələrindən biridir və bu tədbir də regionda gənclərin inkişafı, həm də gələcəkdəki sosial layihələr üçün mühüm bir addımdır", - müavin noyabrın 24-də Xankəndi şəhərində “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş “Səyyar Gənclər Xidməti” layihəsinin Qarabaq Universitetində keçirilən tədbiri zamanı bildirib.
Aytac Zeynalova