Təcrübəçilər və əcnəbilərlə müddətli əmək müqaviləsi bağlana bilər
Azərbaycanda müddətli əmək müqaviləsi bağlana bilən hallar genişləndiriləcək. Bu barədə dəyişiklik layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə edilib.
Təklifə görə, təhsilalanların istehsalat təlimi və təcrübə keçməsi zamanı, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin iş icazəsi əsasında ölkədə haqqı ödənilən fəaliyyətə cəlb olunduğu hallarda müddətli əmək müqaviləsi bağlanmasına hüquqi əsas yaradılacaq.
Qanunvericilikdə nəzərdə tutulan digər hallar da siyahıya daxil ediləcək.