Kişilərə ödənişli atalıq məzuniyyəti veriləcək
Uşağın doğulması ilə bağlı kişilərə ödənişli məzuniyyət verilməsi qanunvericiliyə daxil edilir. Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsinə dəyişiklik layihəsində yer alıb.
Təklifə görə, uşağı doğulan kişilər tibb müəssisəsinin arayışı təqdim etməklə doğuşdan əvvəl və sonra olmaqla ümumilikdə 14 təqvim günü ödənişli məzuniyyət ala biləcəklər.