• $
  • £

“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir

“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir
03.12.2025 16:22

 

 

İnklüzivliyə dəstəyi ilə seçilən “Nar” 3 dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününü qeyd edir. Bu günə xüsusi önəm verən “Nar” cəmiyyətdə müxtəliflik, bərabərlik və inklüzivliyə dəstək missiyasını davam etdirir.  Mobil operator 2025-ci ildə 10-a yaxın inklüziv sosial layihə həyata keçirib və bu təşəbbüslər vasitəsilə 500-dən çox şəxsi əhatə edib. 

Gerçəkləşdirilən layihələr çərçivəsində iştirakçılar müxtəlif təlimlərə, sosial məşğələlərə, incəsənət və intellektual yönümlü fəaliyyətlərə cəlb olunub. İl ərzində keçirilən bütün fəaliyyətlər fiziki və emosional rifahın yaxşılaşdırılmasına, yeni sosial əlaqələrin formalaşmasına və inklüziv düşüncənin gücləndirilməsinə töhfə verib. 

Öz abunəçiləri üçün də inklüziv mühitin yaradılması məqsədilə “Nar” ön ofis əməkdaşlarına jest dili üzrə təlim keçərək eşitmə məhdudiyyətli şəxslərə jest dilində xidmət göstərilməsini təmin edib. Bununla yanaşı, “Nar” ölkədə ilk dəfə jest dili mobil tətbiqinin ərsəyə gəlməsinə və nitq məhdudiyyəti olan şəxslər üçün ölkədə ilk dəfə intellektual oyun formatının təşkilinə də töhfə verib. Bu təşəbbüslər həm həssas, həm də qeyri-həssas qruplar arasında daha səmimi ünsiyyətin qurulmasına və cəmiyyətdə inklüzivlik haqqında məlumatlılığın artmasına mühüm dəstək olub.

Qeyd edilən fəaliyyətlərin davamı olaraq, “Nar” 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə növbəti maarifləndirici video çarxın hazırlanmasına da dəstək verib. DanceAbility Azərbaycan ilə birgə ərsəyə gətirilən video əlilliyi olan şəxslərlə gündəlik həyatda düzgün yanaşmanı nümayiş etdirir və bəzən bilmədən edilən yanlış davranışların qarşısını almağa kömək edən mesajlar çatdırır. Çarx həmçinin onların cəmiyyətin aktiv həyatında iştirak imkanlarına diqqət çəkir.

 

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə iki avtomobil toqquşub, 11 nəfər xəsarət alıb
Cəmiyyət 22:07
Gəncədə iki avtomobil toqquşub, 11 nəfər xəsarət alıb
Daha 7 Meksika diplomatı və onların ailə üzvləri İrandan Azərbaycana təxliyə edilib
Cəmiyyət 19:04
Daha 7 Meksika diplomatı və onların ailə üzvləri İrandan Azərbaycana təxliyə edilib
İtkin düşən 88 yaşlı kişi axtarılır
Cəmiyyət 18:28
İtkin düşən 88 yaşlı kişi axtarılır
Gəncədə dərmandan zəhərlənən şəxs ölüb
Cəmiyyət 18:16
Gəncədə dərmandan zəhərlənən şəxs ölüb
Türkiyə səmasında İran raketi zərərsizləşdirilib – Ankara Tehrana çağırış edib
Cəmiyyət 16:36
Türkiyə səmasında İran raketi zərərsizləşdirilib – Ankara Tehrana çağırış edib
Bu gün keçirilən buraxılış imtahanından 9 nəfər xaric edilib - DİM
Cəmiyyət 14:44
Bu gün keçirilən buraxılış imtahanından 9 nəfər xaric edilib - DİM
Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb
Cəmiyyət 13:49
Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb
NetBlocks: İranda internet 10 gündür faktiki olaraq kəsilib
Cəmiyyət 13:26
NetBlocks: İranda internet 10 gündür faktiki olaraq kəsilib
Naxçıvan aeroportunun fəaliyyəti bərpa edilib
Cəmiyyət 13:10
Naxçıvan aeroportunun fəaliyyəti bərpa edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol