1 ay ərzində TƏBİB-in Çağrı Mərkəzinə daxil olunan zənglərin sayı açıqlanıb
2025-ci ilin noyabrında TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 11 672 zəng daxil olub. Bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib.
“Müraciətlərdən 11 508-i dərhal cavablandırılıb, 164 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 68 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib. Digər 48 müraciətlə bağlı məsələ həll edilib, 48 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib",- Ədilova Xəzər Tibb Mərkəzinə təşkil olunan mediatur zamanı bildirib.
Aytac