Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqq 10 qəpik artırılır
Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarda gedişhaqq 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verib.
Məlumata əsasən, 594 və 595 nömrəli marşrutlar artıq əsas müntəzəm xətlərə alternativ kimi fəaliyyət göstərəcək. Yeni yaradılmış 500 və uzadılmış 503 nömrəli avtobuslar isə iki şəhər arasında əsas tələbatı ötən ildən qarşılayır və bu xətlərdə gedişhaqq 80 qəpik səviyyəsində qalır. 594 və 595 marşrutlarında isə “Neoplan” markalı müasir avtobuslar xidmət göstərir.