• $
  • €
  • ₽
  • ₺
  • £

MÜTDA direktor vəzifəsi üzrə elektron ərizə mərhələsinin nəticələrini açıqlayıb

MÜTDA direktor vəzifəsi üzrə elektron ərizə mərhələsinin nəticələrini açıqlayıb
13.01.2026 16:28

Məktəbəqədər və Ümümtəhsil Dövlət Agentliyi 2025-ci ilin 30 oktyabr – 11 noyabr tarixlərində keçirilmiş direktor vəzifəsi üzrə elektron ərizə qəbulu mərhələsinin nəticələrini açıqlayıb.

Ərizə mərhələsində 3036 namizədin müraciəti qeydə alınıb. Müsabiqə şərtlərinə uyğun olaraq, ali təhsil, pedaqoji staj, sertifikatlaşdırma nəticələri, müəllimlərin işə qəbulu müsabiqəsi və diaqnostik qiymətləndirmə göstəricilərinə əsasən 941 namizədin ərizəsi müsbət qiymətləndirilib. Həmin şəxslərin məlumatları şəxsi səhifələrinə göndərilib.

Müsahibə mərhələsində namizədlərin liderlik və strateji idarəetmə bacarıqları, pedaqoji və metodiki qabiliyyətləri, ünsiyyət və qərarvermə bacarıqları, eləcə də rəqəmsal və sosial kompetensiyaları qiymətləndiriləcək.

Bundan əlavə, ali təhsili və pedaqoji stajı tələblərə uyğun, lakin əvvəlki qiymətləndirmə nəticələri olmayan 627 namizəd üçün 24 yanvar 2026-cı il tarixində ixtisas üzrə imtahan keçiriləcək. İmtahanda iştirakçılara fənn üzrə 50, metodika və təlim strategiyaları üzrə isə 10 test tapşırığı təqdim olunacaq.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol