ARB-də “Səkkiz” serialındakı söyüş ifadəsinə görə kanal 3 saatlıq yayımı dayandıracaq
Azərbaycan Respublikası Audiovizual Şurasının 13 yanvar 2026-cı il tarixində keçirilmiş onlayn iclasında “ARB” kanalının efirində “Media haqqında” Qanunun pozulması faktı müzakirə olunub.
10 yanvar tarixində kanalın efirində saat 23:00–23:55 arası yayımlanan “Səkkiz” serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə edib və bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmayıb. Audiovizual Şura bunu qanunun 14.1.6-cı maddəsinin pozulması kimi qiymətləndirib.
İclasda qərara alınıb ki, ARB kanalının yayımı 15 yanvar 2026-cı il tarixində 3 saat müddətinə dayandırılsın.