Azərbaycan və İtaliya xarici işlər nazirləri strateji tərəfdaşlığı müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliya Respublikasının ölkəmizdə səfərdə olan xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli arasında görüş keçirilib.
Görüşdə tərəflər Azərbaycan-İtaliya ikitərəfli əməkdaşlığının hazırkı vəziyyətindən məmnunluq ifadə ediblər və siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, energetika, humanitar və təhsil sahələrində strateji tərəfdaşlıq perspektivlərini müzakirə ediblər. Xüsusilə enerji və təhsil layihələri, o cümlədən İtaliya-Azərbaycan Universitetinin fəaliyyəti qeyd olunub.
Görüş zamanı həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının cari vəziyyəti, enerji və nəqliyyat layihələri, eləcə də alternativ enerji təşəbbüsləri barədə fikir mübadiləsi aparılıb. Eyni gündə Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmələr də keçirilib.