• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir

Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
03.02.2026 15:20

 Şirkət bu il daha bir qrup tələbəyə təqaüd təqdim edəcək

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC gənc istedadlarıninkişafına dəstək məqsədilə həyata keçirdiyi “Tələbə Təqaüdü Proqramı”na qeydiyyatı açıq elan edir. 

Təşəbbüs Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illəri əhatə edən strateji hədəflərə uyğun olaraq hazırlanıb. Bu çərçivədə Azercell-in bu ilki Tələbə Təqaüdü Proqramı  STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) istiqamətləri üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Proqram ölkədə İT/İKT, Data Elmi, Analitika, Süni İntellekt və Maşın Öyrənməsi, Robototexnika, Avtomatlaşdırma, Şəbəkə Texnologiyaları, Kibertəhlükəsizlik və İnformasiya Təhlükəsizliyi sahələrində ixtisaslaşmış yeni nəsil kadr potensialının formalaşdırılmasına töhfə verməyə yönəlib.

Azercell-in təqaüd proqramında yüksək akademik göstəricilərə malik bakalavr və magistr pillələri üzrə təhsil alan tələbələr iştirak edə bilərlər. Təqaüdə 4 illik bakalavr proqramlarının 3-cü və 4-cü kurs tələbələri, 5 illik bakalavr proqramlarının 4-cü və 5-ci kurs tələbələri, eləcə də magistratura səviyyəsinin 1-ci və 2-ci kurs tələbələri müraciət edə bilərlər. 

Müraciətlər 11.02.2026-cı il tarixinədək qəbul olunur.

“Tələbə Təqaüdü Proqramı” üzrə seçim prosesi müraciətlərin ilkin qiymətləndirilməsi, iştirakçıların bilik və bacarıqlarının dəyərləndirilməsi, eləcə də müsahibə mərhələlərindən ibarətdir. 

Proqram çərçivəsində ən yüksək nəticə göstərmiş bir qrup tələbə təhsil müddətinin sonunadək şirkətdən təqaüd alacaq. Həmçinin qaliblər şirkət daxilində potensial təcrübə və iş imkanları ilə tanış olmaq imkanı əldə edəcəklər. 

Qeyd edək ki, istedadlı gənclərin dəstəklənməsini prioritet istiqamət kimi müəyyən edən Azercell son 16 il ərzində 300-dən çox tələbəyə təqaüd ayırıb, gənclərin bilik və bacarıqlarının inkişafına davamlı dəstək  olub.

Ətraflı məlumat və müraciət üçün keçid: “Tələbə Təqaüdü Proqramı 2026” 

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol