Lənkəranda 6 ahıl şəxsin pensiya kartlarını talayan şəxs saxlanılıb
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq etməkdə şübhəli bilinən 30 yaşlı C. H saxlayıblar.
Polisin məlumatına görə, əvvəllər məhkum olunmuş C.H bankomatların yaxınlığında dayanaraq kömək məqsədilə ona müraciət edən yaşlı şəxslərin kartlarını ələ keçirib. O, həmin şəxslərə içərisində vəsait olmayan başqa bank kartları qaytarıb, əldə etdiyi kartlardakı pulu isə sonradan nağdlaşdırıb.
Araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxs bu üsulla 6 təqaüdçüyə məxsus kartlardan ümumilikdə 2 389 manat məbləğində vəsait ələ keçirib.
Faktlarla bağlı araşdırma aparılır.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox