• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
10.02.2026 09:48

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,51 ABŞ dolları və ya 0,72% artaraq 71,21 ABŞ dolları səviyyəsinə yüksəlib. 

Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 72,11 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir barelinin qiyməti isə 0,53 ABŞ dolları və ya 0,78% artaraq 68,72 ABŞ dollarına çatıb.

Müqayisə üçün, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub ki, mövcud bazar qiyməti bu göstəricini təxminən 6,2 ABŞ dolları üstələyir.

Tarixi göstəricilərə görə, “Azeri Light” neftinin minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları səviyyəsində qeydə alınıb.

“Azeri Light” nefti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə müqavilə çərçivəsində hasil edilir. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu layihədə payı 31,65% təşkil edir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR Trading Vyetnama neft məhsulları tədarük edəcək
İqtisadiyyat 08:39
SOCAR Trading Vyetnama neft məhsulları tədarük edəcək
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol