Gəncədə iki avtomobil toqquşub, 11 nəfər xəsarət alıb
Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər xəsarət alıb.
Hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb. İlkin məlumata görə, “VAZ-21010” və “Great Wall” markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralananlar arasında 2007-ci il təvəllüdlü İsgəndər Yusifov, 2009-cu il təvəllüdlü Əli Bağırov, 1975-ci il təvəllüdlü Anar Musazadə, 2009-cu il təvəllüdlü N. Musazadə, 2006-cı il təvəllüdlü A. Rəhimov, 2011-ci il təvəllüdlü A. Musazadə, 1977-ci il təvəllüdlü V. Həsənova və 2009-cu il təvəllüdlü Nərmin Musazadə də var.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.