• $
  • €
  • ₽
  • ₺
  • £

Şeyxin təklifinə müsbət cavab gəldi: Bakıda küçənin adı dəyişdirildi

Şeyxin təklifinə müsbət cavab gəldi: Bakıda küçənin adı dəyişdirildi
29.05.2020 07:03
Mustafa Sübhinin adı küçədən götürüldü.Azərbaycan prezidenti İlham Əliyevin tövsiyəsi ilə Bakının Səbail rayonundakı Mustafa Sübhi küçəsinin adı dəyişdirilərək Nabat Aşurbəyova adlandırılıb.ANN.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, bu barədə BŞİH başçısı Hacıbala Abutalıbov bu gün sərəncam imzalayıb.Qeyd edək ki, Mustafa Sübhi (1888-1921) Türkiyə Kommunist Partiyasının lideri, Nabat Aşurbəyova (1795-1912) isə məşhur Azərbaycan xeyriyyəçisi olub. Təzə Pir məscidi onun şəxsi vəsaiti ilə tikilib. Özünün və oğlu Hacı Abbasqulunun məzarları məscidin giriş qapısındadır. Təzə Pir məscidi keçmiş Mustafa Sübhi, bu gündən Nabat Aşurbəyovanın adını daşıyan küçədə yerləşir.Nabat xanım dövlətli Bakı taciri Hacı Musa Rza Rzayеvin həyat yoldaşı olub. Onların izdivacından bir oğlan (Hacı Abbasqulu Rzayеv) və 2 qız - Əşrəf (Zülеyxa) xanım və Gülbəstə xanım dünyaya gəlib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol