• $
  • £

"İdrak" liseyindəki müəllim onu güllələyən şagirdi bağışlayıb

"İdrak" liseyindəki müəllim onu güllələyən şagirdi bağışlayıb
20.04.2026 12:38

“İdrak Liseyi”də müəllimə qarşı odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan şagirdlə bağlı cinayət işi üzrə tərəflər arasında barışıq əldə olunub.

Qafqazinfo-nun məlumatına görə, zərərçəkmiş müəllim şagirdini bağışlayıb və barışığı təsdiq edən sənəd istintaq orqanına təqdim edilib.

Hadisə bu ilin fevralında baş verib. İttihama əsasən, 10-cu sinif şagirdi atasına məxsus ov tüfəngi ilə məktəbə gələrək 29 yaşlı riyaziyyat müəllimini güllələyib.

İş üzrə aparılan psixoloji ekspertizanın nəticələrinə görə, şagirddə “anlaqlılığı istisna etməyən psixi pozuntu” aşkar edilib. Rəydə qeyd olunur ki, onun davranışlarını tam idarə etmə qabiliyyəti mövcuddur və bu səbəbdən cinayət məsuliyyətindən azad edilmir, lakin vəziyyət cəza təyini zamanı yüngülləşdirici amil kimi nəzərə alına bilər.

Prokurorluq yekun ittiham aktını təsdiqlədikdən sonra iş məhkəməyə göndəriləcək.

Şagird Cinayət Məcəlləsinin “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetirilərsə, onun yetkinlik yaşına çatmaması nəzərə alınmaqla 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bardənin üç kəndində qaz olmayacaq
Cəmiyyət 13:29
Bardənin üç kəndində qaz olmayacaq
Sabah Bakıda külək əsəcək, rayonlarda leysan olacaq - PROQNOZ
Cəmiyyət 12:57
Sabah Bakıda külək əsəcək, rayonlarda leysan olacaq - PROQNOZ
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Cəmiyyət 12:24
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Bölgələrdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA
Cəmiyyət 12:13
Bölgələrdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA
Bakıda genişmiqyaslı iməclik keçirilib
Cəmiyyət 12:00
Bakıda genişmiqyaslı iməclik keçirilib
Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var
Cəmiyyət 10:44
Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var
Ötən gün Azərbaycanda narkotiklərlə bağlı 37 fakt aşkarlanıb
Cəmiyyət 10:10
Ötən gün Azərbaycanda narkotiklərlə bağlı 37 fakt aşkarlanıb
Metroya minənlərin nəzərinə! - Bu gündən xətlər ayrılır
Cəmiyyət 09:59
Metroya minənlərin nəzərinə! - Bu gündən xətlər ayrılır
FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib
Cəmiyyət 09:53
FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol