• $
  • €
  • ₽
  • ₺
  • £

Şaxta baba və Qar qızlar Bakıda imtahan verəcək - AÇIQLAMA

Şaxta baba və Qar qızlar Bakıda imtahan verəcək - AÇIQLAMA
28.05.2020 23:22
Dekabr ayına qədəm qoyan kimi hər yerdə Yeni il hazırlıqlar başlayır. Dünyanın hər yerində olduğu kimi, şəhərimizdə də mağazalar bəzədilir, mərkəz yerlərdə şam ağacları quraşdırılır, bəzək əşyaları və bayrama lazım olan digər ləvazimatlar satılır. Paytaxt da artıq Yeni il hazırlıqlarının təlaşını yaşayır.Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Modern.az-a bildirib ki, bu il Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək istəyənlər testdən keçməli olacaq. “İdarənin xüsusi bir komissiyası var ki, lisenziya almış Şaxta baba və Qar qızları üçün xüsusi testlər keçir. Çünki Dənizkənarı Bulvar ərazisi şəhərin ən qonaq-qaralı hissəsidir. Bura həm Azərbaycan vətəndaşları , həm də xarici turistlər gəlir. Burada Şaxta baba və Qar qız fəaliyyəti göstərən insanların görkəmləri, geyimləri, həm də onların intellektləri fərqli olmalıdır. Hər il olduğu kimi, bu il də onlara nəzarət olunacaq”.N. Məcidov deyir ki, Şaxta baba və Qar qızlarının fəaliyyəti, eləcə də şam ağaclarının quraşdırılmasına dekabrın 20-dən sonra başlayacaqlar. Onun sözlərinə görə, lisenziya alan Şaxta baba və Qar qızları testlərdən keçə bilməsə, onların fəaliyyətinə imkan yaradılmayacaq.“Hər il təxminən 20 nəfər müraciət edir ki, onlardan 8-10 nəfərindən imtina edirik. Təbii ki, bu il də belə hallar olacaq. Dənizkənarı bulvar ərazisi genişləndiyindən bu il 15 şam ağacının quraşdırılması gözlənilir. Bütün şam ağacları süni olacaq. Çünki bir neçə gündən ötrü təbii şam ağacını korlamağa dəyməz. Həm də hündürlüyünə görə, təbii şam ağacları tapmaq çətindir. Hər il bu ağaclar yığılır və növbəti il Yeni il ərəfəsi quraşdırılır”.   ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol