• $
  • £

Dövlət və özəl qurumların adından mesajlar göndərilir


Dövlət və özəl qurumların adından mesajlar göndərilir
12.06.2026 17:33

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) növbəti fişinq kampaniyası aşkarlayıb.

aparılan monitorinqlər nəticəsində müəyyən edilib ki, kiberdələduzlar bir sıra yerli qurumların əvvəlcədən ələ keçirilmiş rəsmi e-poçt hesablarından istifadə edərək fişinq məktubları yayırlar. Belə ki, dələduzlar tanış və etibarlı görünən ünvanlardan “Shared a File” və ya “New secure message from” başlıqlı məktublar göndərərək istifadəçiləri saxta sənəd portallarına yönləndirirlər.

Məktublardakı keçidlər legitim freshdesk.com platformasında yerləşdiyi üçün təhlükəsizlik alətlərindən yayınır. Keçidə daxil olan istifadəçi avtomatik olaraq iphro.nobeienergy[.]com ünvanında yerləşən saxta “Microsoft” giriş səhifəsinə yönləndirilir. Bu səhifə real “Microsoft” giriş səhifəsinə oxşayır və istifadəçinin daxil etdiyi istifadəçi adı, şifr və təsdiq kodunu (MFA/2FA) real vaxt rejimində ələ keçirir. Nəticədə kiberdələduzlar yaradılmış çərəzi (“cookie”) oğurlayır və ikifaktorlu doğrulamadan yan keçərək hesaba birbaşa giriş əldə edirlər.

İstifadəçilərə tövsiyə olunur ki, gözlənilməyən “paylaşılmış sənəd” və ya “təhlükəsiz mesaj” məzmunlu e-poçtlardakı keçidlərə daxil olmasınlar, belə məktubların doğruluğunu göndərən şəxslə alternativ kanal vasitəsilə dəqiqləşdirsinlər, giriş zamanı ünvan sətrində yalnız rəsmi login.microsoftonline.com ünvanının olduğuna əmin olsunlar və şifr ilə təsdiq kodlarını şübhəli səhifələrə daxil etməsinlər.

Şübhəli hallarla qarşılaşdıqda aidiyyəti qurumlara və ya Milli Kibertəhlükəsizlik Agentliyinin elektron poçt ünvanı [email protected]ə ya “1654” qaynar xətti vasitəsilə məlumat verilməsi xahiş olunur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:30
Bu ərazilərdə qaz olmayacaq
Bakıda sərnişin avtobusunda yanğın baş verib - Video
Cəmiyyət 21:58
Bakıda sərnişin avtobusunda yanğın baş verib - Video
Tümendən Bakıya uçan "UTair" təyyarəsi Ufada məcburi eniş edib
Cəmiyyət 21:20
Tümendən Bakıya uçan "UTair" təyyarəsi Ufada məcburi eniş edib
Xocavənd rayonunda mina partlayıb, xəsarət alanlar var - Yenilənib
Cəmiyyət 21:06
Xocavənd rayonunda mina partlayıb, xəsarət alanlar var - Yenilənib
Ələt-Astara yolunda qəza olub, üç nəfər xəsarət alıb
Cəmiyyət 20:27
Ələt-Astara yolunda qəza olub, üç nəfər xəsarət alıb
İlin ikinci Günəş tutulması başlayıb
Cəmiyyət 20:25
İlin ikinci Günəş tutulması başlayıb
Taksi sürücüləri üçün imtahan keçiriləcək – qeydiyyat başlayıb
Cəmiyyət 19:01
Taksi sürücüləri üçün imtahan keçiriləcək – qeydiyyat başlayıb
Ağdaşda heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Cəmiyyət 18:58
Ağdaşda heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Yasamal rayonunda oğurluq edən şəxslər saxlanılıblar
Cəmiyyət 18:31
Yasamal rayonunda oğurluq edən şəxslər saxlanılıblar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol