• $
  • €
  • ₽
  • ₺
  • £

Rəqəmsal inkişaf üzrə 58 təşəbbüsün icrasına başlanılıb - nazir müavini

Rəqəmsal inkişaf üzrə 58 təşəbbüsün icrasına başlanılıb - nazir müavini
09.07.2026 16:09

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsi üzrə 2026–2028-ci illəri əhatə edən fəaliyyət planında nəzərdə tutulan 58 təşəbbüsün icrasına başlanılıb. Bunu rəqəmsal inkişaf nazirinin müavini Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, fəaliyyət planı dövlət xidmətlərinin rəqəmsallaşdırılması, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik olmaqla dörd əsas istiqaməti əhatə edir.

Həsənov bildirib ki, dövlət qurumlarında saxlanılan məlumatların vahid bazada toplanması, xidmətlərin my.gov.az platformasına inteqrasiyası və proaktiv dövlət xidmətlərinin genişləndirilməsi əsas prioritetlərdəndir.
“Bu inteqrasiya yalnız tətbiqlərin birləşdirilməsi deyil, həm də xidmətlərin sadələşdirilməsi və optimallaşdırılması baxımından vacibdir,” Həsənov deyib.

Nazir müavininin sözlərinə görə, ilin sonuna qədər daha yeddi dövlət tətbiqinin xidmətlərinin my.gov.az platformasına inteqrasiyası nəzərdə tutulur.
O əlavə edib ki, my.gov.az-da süni intellekt əsaslı çatbot artıq fəaliyyət göstərir, növbəti aylarda isə platformaya səsli müraciət və səsli cavab funksiyaları əlavə olunacaq.

Həsənov bildirib ki, süni intellekt infrastrukturunun genişləndirilməsi üçün əlavə hesablama güclərinin yaradılması və GPU-ların alınması üzrə işlərə də başlanılıb.

Onun sözlərinə görə, innovasiya ekosistemi üzrə qanunvericilik paketi startapların maliyyəyə çıxışını asanlaşdıracaq, vençur fondları, kütləvi maliyyələşdirmə, SAFE mexanizmləri və işçilərin pay iştirakı proqramları kimi alətləri hüquqi çərçivəyə salacaq.

Kibertəhlükəsizlik istiqamətində isə CERT və SOC platformalarının yaradılması üzrə işlər aparılır, müvafiq hüquqi çərçivə Milli Məclisə təqdim olunub.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol