Azərbaycanda bir gündə 62 şübhəli saxlanılıb, 130 nəfər axtarışdan tutulub

Noyabrın 4-də Azərbaycanda polis tərəfindən 53 cinayət faktı qeydə alınıb, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin edilib. Həmin gün cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, axtarışda olan ümumilikdə 130 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 94-ü borclu şəxs qismində axtarışda olub.
Hesabat dövründə narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 4 fakt müəyyən edilib.
























