• $
  • €
  • ₽
  • ₺
  • £

Startaplar üçün vergi güzəştlərinin müddəti 7 ilədək artırılacaq

Startaplar üçün vergi güzəştlərinin müddəti 7 ilədək artırılacaq
12.11.2026 11:40

Azərbaycanda startap şəhadətnaməsi almış sahibkarlar üçün vergi güzəştlərinin müddəti 2027-ci ildən üç ildən yeddi ilədək artırılacaq. Bundan başqa, dövlətin payı 50 faizdən çox olan texnologiya parkı rezidentləri üçün 20 illik əlavə vergi güzəştləri paketi tətbiq olunacaq. Bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov bildirib.

Onun sözlərinə görə, hazırda startap şəhadətnaməsi almış sahibkarların sayı 340-ı ötüb. Yeni güzəştlər innovativ sahibkarlığın və texnologiya sektorunun inkişafını dəstəkləməyə yönəlib.

A.Bayramov qeyd edib ki, 2027-ci ildən texnologiya parklarında fəaliyyət göstərən və dövlət payı 50 faizdən çox olan rezidentlər mənfəət, əmlak və torpaq vergilərindən azad ediləcək. Güzəştlər sosial sığorta ödənişlərini və işçilərin əməkhaqlarına tətbiq olunan gəlir vergisini də əhatə edəcək. Bu imkanların müəyyən ixrac şərti ilə təqdim olunması nəzərdə tutulur.

Nazir müavini sənaye zonalarının fəaliyyətinə də toxunub. O bildirib ki, hazırda ölkədəki 10 sənaye parkı və altı sənaye məhəlləsində 190-dan çox layihə qeydiyyatdan keçib, təxminən 12 min iş yeri yaradılıb.

Onun sözlərinə görə, 2026-cı ilin ilk doqquz ayında qeyri-neft-qaz sənayesində istehsalın təxminən beşdə biri, ixracın isə dörddə biri sənaye parkları və məhəllələrinin payına düşüb.

Bayramov Ələt Azad İqtisadi Zonasında gələn ildən yeni dəstək mexanizmlərinin tətbiq ediləcəyini də açıqlayıb. Belə ki, zonada istehsal olunan və təsdiq edilmiş siyahıya daxil edilən Azərbaycan mənşəli məhsulların ən azı yarısı ixrac edildiyi halda, qalan hissəsinin ölkəyə gömrük rüsumları ödənilmədən gətirilməsinə imkan yaradılacaq.

O, həmçinin vençur və qrant fondları üçün hüquqi çərçivənin yaradıldığını bildirib. Bu mexanizmlərin sahibkarlara layihələrini bank kreditləri ilə yanaşı, investor kapitalı hesabına maliyyələşdirmək imkanı verəcəyi qeyd olunub.

Nazir müavininin sözlərinə görə, Azərbaycanın Biznesin İnkişafı Fondunun xətti ilə 2026-cı ilin ilk 10 ayında 110-dan çox gənc sahibkara 6 milyon manatdan artıq kredit ayrılıb. Vəsaitlər sənaye istehsalı, kənd təsərrüfatı, xidmət və turizm sahələrində layihələrə yönəldilib.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Binədə ötən gün yanıq xəsarəti alan kişi xəstəxanada ölüb
Cəmiyyət 11:28
Binədə ötən gün yanıq xəsarəti alan kişi xəstəxanada ölüb
Azərbaycanda mədəniyyət, incəsənət və informasiya sahələrinə 643 milyon manat ayrılacaq
Cəmiyyət 11:21
Azərbaycanda mədəniyyət, incəsənət və informasiya sahələrinə 643 milyon manat ayrılacaq
Bakıda bu ət emalı müəssisəsi qanunsuz işləyirmiş
Cəmiyyət 11:19
Bakıda bu ət emalı müəssisəsi qanunsuz işləyirmiş
Genetik Ehtiyatlar İnstitutuna yeni icraçı direktor təyin olunub
Cəmiyyət 11:00
Genetik Ehtiyatlar İnstitutuna yeni icraçı direktor təyin olunub
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:12
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Azərbaycanda muzdla çalışanların orta aylıq əməkhaqqı 1 172 manatı ötüb
Cəmiyyət 10:01
Azərbaycanda muzdla çalışanların orta aylıq əməkhaqqı 1 172 manatı ötüb
Gəncədə evdə iki nəfərin meyiti tapılıb
Cəmiyyət 23:35
Gəncədə evdə iki nəfərin meyiti tapılıb
Cəlilabadda 10 yaşlı uşaq yüksək hərarətdən ölüb
Cəmiyyət 20:34
Cəlilabadda 10 yaşlı uşaq yüksək hərarətdən ölüb
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
Cəmiyyət 20:15
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol