• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir əmr imzaladı

Nazir əmr imzaladı
23.01.2015 11:16
 Təhsil naziri Mikayıl Cabbarov  "Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” Respublika müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.

ANN.Az Lent.az-a istinadən xəbər verir ki, əmr yaradıcılıq sahəsində xüsusi istedada malik uşaq və gəncləri üzə çıxarmaq və onların potensial imkanlarının inkişaf etdirilməsinə lazımi şərait yaratmaq məqsədi ilə verilib.

Əmrdə qeyd olunur ki. Naxçıvan təhsil naziri, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müdirləri, ümumi təhsil, ilk peşə-ixtisas təhsili, məktəbdənkənar təhsil müəssisələri və internat məktəblərinin direktorları müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görsünlər.

De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi internat məktəblərinin müsabiqədə iştirakı ilə bağlı satın alınması tələb olunan mal və materiallar barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim edəcəklər.

Əsaslı Tikinti və Təchizat İdarəsi  müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması, "Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri kataloqu”nun hazırlanması və müvafiq tirajla çap olunması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirməsini təmin edəcəklər.

Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim edəcək.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol