• $
  • €
  • ₽
  • ₺
  • £

"Səbri tükənmiş Azərbaycan xalqı torpaqlarmızın tezliklə azad olunmasını tələb edir"

"Səbri tükənmiş Azərbaycan xalqı torpaqlarmızın tezliklə azad olunmasını tələb edir"
29.05.2020 11:09
Müdafiə naziri Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iyulun 15-dən Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Saken Jasuzakovla görüşüb.

Ölkələrimiz arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrindən məmnunluq ifadə olunan görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrindəki əməkdaşlıq və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətlər, dövlətlərimizin regional təhlükəsizliyi məsələləri müzakirə olunub.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri vurğulayıb ki, ərazilərimiz hələ də işğal altında saxlanılır və səbri tükənmiş Azərbaycan xalqı torpaqlarmızın tezliklə azad olunmasını tələb edir. Eyni zamanda, Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regiondakı sabitliyə təhlükə yaratdığını, problemin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinə nail olunmasının vacibliyini diqqətə çatdırıb.

Azərbaycana səfərindən məmnunluğunu bildirən qonaq Silahlı Qüvvələrimizin, hərbi, müdafiə infrastrukturunun və sənayesinin yüksək səviyyədə inkişafını vurğulayaraq ölkəsinin bu təcrübədən istifadə edəcəyini deyib.

Sonra Azərbaycan-Qazaxıstan hərbi əlaqələrinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Qazaxıstan Respublikasının ölkəmizdəki hərbi attaşesi, polkovnik Almas Bazarbayev iştirak edib.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol