• $
  • €
  • ₽
  • ₺
  • £

Əhaliyə xəbərdarlıq

Əhaliyə xəbərdarlıq
29.07.2015 13:35
Xızı rayonunun Dizəvər yaylağında başlamış, sonradan meşə fondu torpaqlarına keçmiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) əməkdaşlarının ciddi səyləri nəticəsində artıq lokallaşdırılıb.

Bu barədə "Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, yanğın yaylaqda geniş ərazini əhatə etdiyindən və hava şəraitinin küləkli olmasından onun söndürülməsində çətinliklər yaranıb və meşə fondu torpaqlarına keçib. Ərazi yüksək dağ massivində, yəni dəniz səviyyəsindən yüksəklikdə yerləşdiyindən yanğınsöndürən maşınların əraziyə cəlb edilməsində problemlər yaranıb. Yanğının qarşısının alınması və közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən əsasən əl əməyindən və helikopterin köməyindən istifadə edilib. Ümumiyyətlə, bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə baş vermiş yanğın, közərtilər də daxil olmaqla 2 hektara yaxın meşə fondu torpaqlarını əhatə edib və nəticədə quru ot və kol örtüyü yanıb. Meşə işçilərinin, ümumilikdə ETSN və FHN əməkdaşlarının fədakarlığı, şücaəti və ciddi səyləri ilə ağaclara ciddi ziyan dəyməyib, çətin şəraitdə əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlərlə ağac örtüyü mühafizə edilib. Hazırda közərtilərin tam olaraq söndürülməsi istiqamətində işlər davam etdirilir. Yanğınla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları fövqəladə iş rejiminə keçib və nazirliyin 150 nəfərə yaxın əməkdaşı, o cümlədən müvafiq departament rəhbərləri və işçi qüvvəsi dünəndən ərazidədir.

"Meşə yanğınlarının səbəbləri ilə bağlı mütəxəssislərin apardığı təhlillər və monitorinqlər göstərir ki, baş verən yanğın hadisələrinin çox böyük əksəriyyəti taxıl biçininin yekunlaşmasından sonra biçənəklərə od vuran fermerlərin ehtiyatsızlığı və etinasızlığından irəli gəlir. Təəssüf ki, torpaq sahibləri olan fermerlər məsələnin ciddiliyini və məsuliyyətini anlamadan plansız, qabaqlayıcı tədbirlər olmadan, yanğın təhlükəsizliyi qaydalarına əməl etmədən sahələrə od vurur və yarana biləcək fəsadları hesablamırlar. Nəzərə almırlar ki, belə məsuliyyətsiz addımların nəticəsində hektarlarla meşə örtüyü məhv ola bilər, ölkənin meşə fondu ani vaxt içərisində yanıb kül olmaq təhlükəsi ilə üzləşər. İndiki halda fədakar insanların şücaəti yüzlərlə ağacı xilas etdi, amma belə olmaya da bilərdi, alov daha keçilməz yüksək dağlıq sahələri əhatə etsəydi, meşələrimiz qarşısı alınmaz fəsadlarla üzləşə bilərdi”, - nazirlikdən bildirilib.

Bunlar nəzərə alınaraq ETSN-nin müvafiq qurumları tərəfindən araşdırmalara başlanılıb. Araşdırma başa çatdıqdan və yanğın törətməkdə təqsirli bilinən torpaq istifadəçiləri (fermerlər) müəyyənləşdirildikdən sonra meşə sahəsinə vurulan ziyanla bağlı onlar barəsində müvafiq sənədləşmə aparılacaq və barələrində ciddi tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək. Bölgələrdə yanğınlara yol verilməməsi istiqamətində nazirliyin tabeli qurumları tərəfindən mütamadi olaraq monitorinqlər və maarifləndirmə işləri davam etdirilir.

Havaların isti və quraq keçməsi ilə əlaqədar isə ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol