İstənilən cənub şəhərində olduğu kimi, Bakını da eyvanlarsız təsəvvür etmək olmaz. Bizim şəhərimizdə onların hər cürü var: üzüm təyəngləriylə örtülü, ağlarla örtülü, barmaqlıqlı, açıq (şüşəbənd), qapalı, balaca damlı, üstü açıq.
Eyvanlarda yayda çay içirlər, hava alırlar, ulduzlara baxırlar, qonşularla söhbət edirlər, televizora baxırlar, paltarları asırlar, ərzaq saxlayırlar və s.
Qocalar birinci mərtəbədəki mağazadan aldıqları ərzağı ipliklə eyvana dartırlar.
Pişiklər eyvanda günəşlənir, aşağıdakı itlər onlara hürürlər.
Bəzən Bakının eyvanlarını İtaliyadakılarla müqayisə edirlər. Bu mənasızdır, bizim kişilər qonşu eyvandakı kiminsə qadınına gözlərini zilləyib baxmırlar.
Bakıda hər zaman eyvanlar olacaq. Onların forması və görünüşü dəyişə bilər.
Ancaq Bakı yeganə cənub şəhəridir ki, o, eyvanlarla heç vaxt vidalaşmayacaq.
Kamal Əli
ANN.Az