• $
  • £

Cənubi Koreyanın prezidenti istefa verir

Cənubi Koreyanın prezidenti istefa verir
08.12.2024 09:00
Cənubi Koreyanın hakim "Vətəndaş Gücü Partiyası”nın lideri Han Donq Hun bildirib ki, o və baş nazir Han Dok Su prezident Yun Sok Yolun vaxtından əvvəl və nizamlı şəkildə hakimiyyətdən getməsi ilə əlaqədar xaosu minimuma endirəcək.Bu barədə "Yonhap” agentliyi məlumat yayıb.

"Prezidentin vaxtından əvvəl vəzifədən getməsi ilə xalqa və ölkəyə təsir edə biləcək xaosu minimuma endirəcək, siyasi vəziyyəti sabitləşdirəcək və demokratiyanı bərpa edəcəyik. Vətəndaşların fikrincə, prezident Yun Sok Yol səlahiyyət müddətinin qalan hissəsində ölkəni lazımi qaydada idarə edə bilməyəcək və istefa verməlidir”, - deyə o bildirib.

Partiya rəhbəri əlavə edib ki, prezident dövlət işlərində, o cümlədən beynəlxalq münasibətlərdə iştirak etməyəcək.
Cənubi Koreyanın aparıcı müxalifət qüvvəsi olan "Toburo” partiyası hesab edir ki, hakim düşərgənin prezidenti könüllü olaraq hökumət işlərindən kənarlaşdırmaq planı konstitusiyaya ziddir.

"Toburo” partiyasının nümayəndəsi Kim Min Sik deyib ki, prezidentin səlahiyyətlərinin dayandırılması prosedurunu yalnız konstitusiya müəyyən edir: "Bundan başqa hər şey konstitusiyanın pozulması, üsyanın davamıdır. Baş nazirin və iqtidar partiyasının liderinin konstitusiyaya zidd idarəsi qəbul edilməyəcək. Bundan əlavə, prezidenti üsyan yolu ilə dövlətə xəyanətdə şübhəli bilinərək həbs etmək və onu ali baş komandan statusundan məhrum etmək lazımdır”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Karapetyanın ev dustaqlığı müddəti uzadılıb
Dünya 00:04
Karapetyanın ev dustaqlığı müddəti uzadılıb
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
Dünya 21:10
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
İrlandiya "Avroviziya-2027"də iştirak etməyəcək
Dünya 19:12
İrlandiya "Avroviziya-2027"də iştirak etməyəcək
PUA qalıqlarının Səudiyyə Ərəbistanının Ət-Taif şəhərinə düşməsi nəticəsində 1 nəfər ölüb
Dünya 18:18
PUA qalıqlarının Səudiyyə Ərəbistanının Ət-Taif şəhərinə düşməsi nəticəsində 1 nəfər ölüb
İran İsveç diplomatını ölkədən çıxarır
Dünya 13:51
İran İsveç diplomatını ölkədən çıxarır
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə raketləri tükənib
Dünya 13:42
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə raketləri tükənib

Ermənistanda zəlzələ olub
Dünya 13:29
Ermənistanda zəlzələ olub
Paşinyan rus dilini öyrənir
Dünya 13:02
Paşinyan rus dilini öyrənir
Tramp: İranla müharibə tezliklə başa çatacaq
Dünya 09:22
Tramp: İranla müharibə tezliklə başa çatacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol