Ceyhun Bayramov Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışdı

21:00 | 20.06.2021
"Şuşa Bəyannaməsi tarixi bir bəyannamədir. Bu sənəddən hələ uzun illər danışılacaq”.

"Qafqazinfo” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov "Anadolu” agentliyinə açıqlamasında deyib.

XİN rəhbəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə 15 iyun səfərini "tarixi” olaraq dəyərləndirib:

"Prezident Azərbaycana tez-tez gəlir. Ancaq ilk dəfə bir dünya lideri işğaldan azad edilən torpaqları, Türk dünyasında xüsusi yeri olan Şuşa şəhərini ziyarət etdi.

Orada Azərbaycan Prezidenti İlham Əliyevlə iki ölkə arasında müttəfiqlik bəyannaməsinə imza atdı. Bu, tarixi bəyannamədir. Hələ uzun illər haqqında danışılacaq bir sənəddir”.

C.Bayramov Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin Şuşa Bəyannaməsi ilə keyfiyyətcə daha üst səviyyəyə daşındığını ifadə edib:

"Yeni inkişaf perspektivlərinin təməli qoyuldu. Burada siyasi, iqitsadi, humanitar, hərbi, müdafiə, Türk dünyasına yönəlik mesajlar, Azərbaycan və Türkiyə diasporlarının fəaliyyətinə, regional problemlərin həllinə dair mesajlar var.

Bu bəyannamə təkcə Azərbaycan və Türkiyəyə deyil, region ölkələrinə də müsbət təsir edəcək. Bu, yeni reallıqdır. Azərbaycan və Türkiyə hər kəsi bu yeni reallıqdan faydalanmağa dəvət edir. Bəyannamə regionumuzda sülh və tərəqqiyə xidmət edəcək”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM