• $
  • £

Ceyhun Bayramov Volker Türklə görüşüb

Ceyhun Bayramov Volker Türklə görüşüb
26.09.2024 09:17
Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Volker Türk ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ötən gün baş tutan görüşdə Azərbaycan və BMT təsisatları arasında bir sıra sahələr, o cümlədən insan hüquqlarının qorunması üzrə əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub. 

Nazir Ceyhun Bayramov Azərbaycanın hər zaman səmərəli BMT sisteminin tərəfdarı olduğunu, o cümlədən ölkəmizin BMT Nizamnaməsi, çoxtərəflilik və BMT orqanları ilə geniş əməkdaşlıq prinsiplərinə sadiqliyini vurğulayıb. 

Azərbaycan və BMT arasında müxtəlif sahələrdə, o cümlədən insan hüquqlarının qorunması sahəsində əməkdaşlığın mövcudluğu məmnunluqla qeyd olunub.

İnsan Hüquqları üzrə Ali Komissarlıq Ofisinin insan hüquqlarının qorunması işində müvafiq fəaliyyətinin, habelə dövlətlərin bu sahədə potensialının artırılması istiqamətində tədbirlərinin əhəmiyyətli olduğu qeyd edilib. 

Nazir Ceyhun Bayramov insan hüquqlarının fundamental prinsiplərinin müdafiəsinə tam şəkildə sadiq olan Azərbaycanın beynəlxalq insan hüquqları sisteminin gücləndirilməsinə, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə mütəmadi əsasda töhfə verdiyini, davamlı olaraq bu sahədə əhəmiyyətli irəliləyişlər əldə etdiyini vurğulayıb. 
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təminindən sonra vətəndaşlarımızın fundamental hüquqlarının bərpası istiqamətində ölkəmiz tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə tədbirləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə ətraflı məlumat verilib. 
Ölkəmizin cari ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi xatırlanıb, tədbir çərçivəsində görülən işlər barədə məlumat verilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir turizmlə bağlı tapşırıqlar verib
Siyasət 17:05
Baş nazir turizmlə bağlı tapşırıqlar verib
Mirziyoyev Moskvanın 9 May tədbirlərinə qatılmayacaq
Siyasət 15:21
Mirziyoyev Moskvanın 9 May tədbirlərinə qatılmayacaq
Rəsmi Bakı Rusiyanın dövlət kanalına etiraz edib
Siyasət 13:49
Rəsmi Bakı Rusiyanın dövlət kanalına etiraz edib


Prezident İlham Əliyev Roma Papasını təbrik edib
Siyasət 13:15
Prezident İlham Əliyev Roma Papasını təbrik edib
Zahid Oruc: İnsan alverinə qarşı mübarizədə rəqəmsal çağırışlar artır
Siyasət 11:37
Zahid Oruc: İnsan alverinə qarşı mübarizədə rəqəmsal çağırışlar artır
Azərbaycanla Ukrayna arasında Anlaşma Memorandumu imzalanıb
Siyasət 21:06
Azərbaycanla Ukrayna arasında Anlaşma Memorandumu imzalanıb
Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
Siyasət 09:46
Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
XİN fransalı nazirin Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları rədd edib
Siyasət 23:04
XİN fransalı nazirin Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları rədd edib
Bayramov ukraynalı həmkarı ilə danışıb
Siyasət 21:57
Bayramov ukraynalı həmkarı ilə danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol