• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: İnsan alverinə qarşı mübarizədə rəqəmsal çağırışlar artır

Zahid Oruc: İnsan alverinə qarşı mübarizədə rəqəmsal çağırışlar artır
08.05.2026 11:37

İnsan alveri qlobal miqyasda yeni formalar alır və rəqəmsal texnologiyaların inkişafı cinayətkar şəbəkələr üçün əlavə imkanlar yaradır. Bunu deputat Zahid Oruc bildirib.


Onun sözlərinə görə, 2024-cü ildə Avropa İttifaqı ölkələrində 9 mindən çox, ATƏT məkanında isə 30 min insan alveri qurbanı müəyyən edilib. Qurbanların əksəriyyətini qadınlar təşkil edir.

Zahid Oruc qeyd edib ki, Azərbaycanda insan alverinə qarşı mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır. Bu sahədə qanunvericilik bazası təkmilləşdirilib, institusional mexanizmlər gücləndirilib və 2026–2030-cu illəri əhatə edən beşinci Milli Fəaliyyət Planı hazırlanıb.

Deputatın sözlərinə görə, 2025-ci ildə Azərbaycanda insan alveri ilə bağlı 198 fakt qeydə alınıb, 46 qurban müəyyən edilib.

Qurbanların 72 faizi Türkiyədə, 22 faizi Birləşmiş Ərəb Əmirliklərində, 6 faizi isə Pakistanda istismara məruz qalıb.
O bildirib ki, 2025-ci ildə insan alveri cinayətlərinin 97 faizi açılıb, iki mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib. “152” qaynar xəttinə daxil olan müraciətlərin sayı 10 490-a çatıb.

Oruc əlavə edib ki, qurbanlara birdəfəlik 700 manat müavinət ödənilib, onlar sığınacaq, tibbi, psixoloji və hüquqi yardımla təmin olunublar.

Deputat insan alverinə qarşı mübarizədə Daxili İşlər Nazirliyinin və Milli Koordinator Vilayət Eyvazovun fəaliyyətini xüsusi vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti və GRETA hesabatları göstərir ki, insan alverinə qarşı mübarizədə əsas çağırışlar rəqəmsallaşma, transmilli cinayətkarlıq, sosial həssaslıq və institusional koordinasiyadır.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol