• $
  • €
  • ₽
  • ₺
  • £

XİN fransalı nazirin Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları rədd edib

XİN fransalı nazirin Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları rədd edib
06.05.2026 23:04

Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun Senatda səsləndirdiyi Azərbaycan əleyhinə iddiaları rədd edib.Bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib.

Hacızadə Fransanın xarici işlər nazirinin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı “Dağlıq Qarabağ” ifadəsini işlətməsini qəbuledilməz adlandırıb.

Onun sözlərinə görə, Fransanın Azərbaycanın suverenliyi və mədəni irsin qorunması ilə bağlı açıqlamaları “təhrikçi xarakter daşıyır” və regionda davamlı sülh səylərinə xidmət etmir.

XİN bildirib ki, Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində məscidlərin və digər mədəni irs nümunələrinin dağıdılması fonunda Fransanın bəzi tikililərin sökülməsi ilə bağlı iradları ikili standartın göstəricisidir.

Ayxan Hacızadə qeyd edib ki, Azərbaycanın nəzarətində olan ərazilərdəki tarixi və dini abidələr mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq qorunur.

XİN həmçinin Fransanın UNESCO missiyası ilə bağlı çağırışlarını “reallıqların təhrif olunması” kimi qiymətləndirib və bildirib ki, Azərbaycan belə missiyaların həyata keçirilməsini dəfələrlə dəstəkləsə də, buna Ermənistan və bəzi ölkələrin mane olduğu UNESCO-nun 2005-ci il hesabatında da əksini tapıb. 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol