Ceyhun Bayramov yunanıstanlı və maltalı həmkarları ilə görüşüb

21:30 | 24.09.2024
Ceyhun Bayramov yunanıstanlı və maltalı həmkarları ilə görüşüb

Ceyhun Bayramov yunanıstanlı və maltalı həmkarları ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində maltalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri İan Borq ilə görüşüb.Bu barədə Bayramov X səhifəsində paylaşım edib.

"Azərbaycan-Malta əməkdaşlığı, Azərbaycan-ATƏT münasibətləri, münaqişədən sonrakı regional inkişaf və COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparıldı”, – paylaşımda vurğulanıb.

***

Yunanıstanın xarici işlər naziri George Gerapetritis ilə məhsuldar görüş oldu.Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "X” hesabında yazıb.

O bildirib ki, görüş zamanı regional çoxölçülü əməkdaşlığın əhəmiyyətini nümayiş etdirən birgə iqtisadi və enerji təşəbbüsləri müzakirə olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM