Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunacaq

18:59 | 19.11.2015
Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunacaq

Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunacaq

Azərbaycan prezidenti İlham Əliyev yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 125 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək göstərişi verilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM