Ceyms Appaturay: "Gürcüstanın NATO-ya qoşulması üçün hər cür imkanı var"

00:18 | 27.10.2015
Ceyms Appaturay:

Ceyms Appaturay: "Gürcüstanın NATO-ya qoşulması üçün hər cür imkanı var"

Gürcüstanın NATO-ya qoşulması üçün hər cür imkanı var.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bu gün Tiflisdə başlayan Cənubi Qafqazda müdafiə və təhlükəsizlik məsələlərinə həsr olunan III Forumda deyib.
 
Onun sözlərinə görə, Gürcüstan bu istiqamətdə cəhdlərini davam etdirməlidir.  C.Appaturay qeyd edib ki, bunun üçün müvafiq inkişaf proqramı işlənib hazırlanıb və Gürcüstan üçün lazımlı alətlər yaradılıb. "Biz 15 il əvvəl ilə müqayisədə Gürcüstanın çox  tərəqqi etdiyini görürük. Ölkədə müstəqil məhkəmə mövcuddur, şəffaf və azad media var, şəffaf seçkilər keçirilir”, deyə C. Appaturay bildirib.
 
Qeyd edək ki, iki günlük Gürcüstana səfər çərçivəsində NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Gürcüstan baş naziri İrakli Qaribaşvili ilə görüşüb. NATO rəsmisi və Gürcüstanın baş naziri NATO-Gürcüstan münasibətlərinin və strateji məsələlərin düzgün istiqamətdə inkişaf etdiyini bildiriblər.  Onlar həmçinin Varşava sammitinə hazırlıq məsələlərini də müzakirə ediblər. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM