Cocuq Mərcanlı sakinləri öz kəndlərində səs verir

09:40 | 11.04.2018
Cocuq Mərcanlı sakinləri öz kəndlərində səs verir

Cocuq Mərcanlı sakinləri öz kəndlərində səs verir

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 24 ildən sonra səsvermə keçirilir. 

Anews.az xəbər verir ki, 20 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin Cocuq Mərcanlı kəndində yeni yaradılan 73 saylı məntəqəsində 24 ildən sonra səsvermə təşkil olunub.

Cocuq Mərcanlıdan olan 121 seçici ilk dəfə öz kəndlərində seçkilərdə iştirak edir.

Qeyd edək ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinə daxil olan 73 məntəqədən 72-si 1993-cü ildən respublikanın 58 rayonunda fəaliyyət göstərir.

49788 seçicidən 49667 nəfəri məcburi köçkündür.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb