Böyük Britaniyadan Rusiyaya çağırış

13:45 | 07.09.2016
Böyük Britaniyadan Rusiyaya çağırış

Böyük Britaniyadan Rusiyaya çağırış

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Rusiyanı Suriya prezidenti Bəşər Əsədə dəstək verməkdən imtina etməyə çağırıb.

ANN.Az xəbər verir ki, bu barədə Conson "The Times" qəzetindəki məqalədə yazıb.

Consonun fikrincə, Əsəd Suriyada tökülən qanların əsas günahkarıdır və onun hakimiyyəti dövründə ölkədə sülh və əmin-amanlıq olmayacaq.

"Bu, məhz onun ölüm maşını və sağ qalmaq uğrunda siyasi mübarizədir", - deyə Conson qeyd edib.

Onun sözlərinə görə, dünya ictimaiyyəti Əsədin hakimiyyətdə qalmasını yolverilməz hesab edir və hətta Rusiya keçid dövrün vacibliyini etiraf edib.

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb