COP-29 zamanı uşaq bağçalarının fəaliyyəti dayanmayacaq - nazir

11:27 | 10.09.2024
COP-29 zamanı uşaq bağçalarının fəaliyyəti dayanmayacaq - nazir

COP-29 zamanı uşaq bağçalarının fəaliyyəti dayanmayacaq - nazir

2024-cü ilin noyabrında Azərbaycanda keçirilən COP29 zamanı uşaq bağçalarının fəaliyyəti davam edəcək. Bunu jurnaistlərlə söhbətdə elm və təhsil naziri Emin Əmrullayev bildirib. 

"COP 29 zamanı bağçaların işləməsinin tərəfdarıyıq. Ona görə də bağçalar həmin ərəfədə fəaliyyətini davam etdirəcək. Sadəcə xüsusi hallarda ümumi prosesin fəaliyyəti üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər. Çünki normalda bağçalarda məcburi davamiyyət yoxdur. Misal olaraq, adətən, valideynlər məzuniyyətə gedirsə, övladlarını özləri ilə götürürlər. Amma ümumilikdə tədbir zamanı bağçaların fəaliyyət göstərməsi nəzərdə tutulur", - nazir vurğulayıb. 
 
COP 289 Bakıkda 2024-cü il noyabrın 11-22 arası keçiriləcək. Ölkəyə 60-a yaxın ölkənin prezidentinin və minlərlə qonağın gələcəyi gözlənilir.
 
Ekspertlər bu ərəfədə bir çox dövlət müəssisələrinin on line qaydada çalışacağını proqnozlaşdırır. 
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM