• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

COP29-la bağlı tədbir məkanında nəqliyyat monitorinqləri keçirilib

COP29-la bağlı tədbir məkanında nəqliyyat monitorinqləri keçirilib
27.10.2024 16:30
COP29 konfransına hazırlıq prosesi çərçivəsində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin davamı olaraq 27 oktyabr tarixində COP29 konfrans məkanı olan Bakı Stadionunda nəqliyyatın hərəkəti üzrə növbəti sınaqlar keçirilib.

Proses çərçivəsində konfransın planı və marşrutuna uyğun stadionun müvafiq zonalarında COP29-a məxsus avtobusların hərəkəti, təhlükəsizlik və akkreditasiya yoxlamaları prosedurları test edilib. Bu dəfəki monitorinqin təşkilinə 600-dan çox COP29 konüllüsü cəlb edilib.

Həmçinin ötən sutka ərzində COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Föqvəladə Hallar Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, TƏBİB-in tabeliyində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi ilə birgə şəhərin mərkəzi küçə və prospektlərində genişmiqyaslı gündüz və gecə nəqliyyat proseslərinin monitorinqi uğurla tamamlanıb. Monitoqinlər çərçivəsində COP29-a məxsus avtobus və digər nəqliyyat vasitələri, təcili tibbi yadım və yanğınsöndürmə maşınları cəlb edilib.

Ümumilikdə, nəqliyyat monitorinqlərinin məqsədi konfrans zamanı tətbiq ediləcək nəqliyyat sxeminin hərtərəfli sınaqdan keçirilməsi və nəqliyyat sahəsində planlaşdırılan tədbilər üzrə tam hazırlığın təmin edilməsidir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29 19:47
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 10:53
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 nə ilə yadda qaldı?  - TƏHLİL
COP29 09:46
COP29 nə ilə yadda qaldı? - TƏHLİL
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
COP29 20:07
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
COP29 15:17
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
Prezident CO29-la bağlı paylaşım edib
COP29 14:30
Prezident CO29-la bağlı paylaşım edib
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29 07:00
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29 21:42
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
COP29 20:31
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol