Corc Soros: “Brexit-dən sonra Aİ-nin parçalanması qaçılmazdır”

12:30 | 26.06.2016
Corc Soros: “Brexit-dən sonra Aİ-nin parçalanması qaçılmazdır”

Corc Soros: “Brexit-dən sonra Aİ-nin parçalanması qaçılmazdır”

Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxması ittifaqın parçalanmasını, demək olar ki, qaçılmaz edir.
 
APA-nın xəbərinə görə, bunu tanınmış amerikalı maliyyəçi, sərmayəçi və milyarder Corc Soros deyib.
 
"Çoxlarının qorxduğu fəlakətli ssenari reallaşdı, bundan sonra Avropa İttifaqının süqutu, demək olar ki, qaçılmazdır”, - deyə Soros  Böyük Britaniyada ölkənin Aİ-dən çıxmasına dair keçirilmiş referendumla bağlı "Project Syndicate” nəşrində dərc etdiyi şərhində bildirib.
 
Sərmayəçi Böyük Britaniyanın Aİ-dən çıxmasının mümkün fəsadları barədə də fikir bildirib.  
 
"Aİ-ni tərk etdikdən sonra Böyük Britaniya, digər ölkələrlə müqayisədə,  daha da çiçəklənə bilər. Bu baş verməyə də bilər, buna baxmayaraq,  onun iqtisadiyyatı və sakinləri orta və ya yaxın perspektivdə ciddi itkilərlə üzləşəcəklər”, - deyə Soros əlavə edib.   

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti