Daha bir azərbaycanlı aparıcıdan üzücü xəbər: Xərçəngə yoluxdu - VİDEO

12:13 | 22.12.2018
Daha bir azərbaycanlı aparıcıdan üzücü xəbər: Xərçəngə yoluxdu - VİDEO

Daha bir azərbaycanlı aparıcıdan üzücü xəbər: Xərçəngə yoluxdu - VİDEO



Azərbaycanlı aparıcı Ceyran Nərimanın vəziyyəti ağırdır.

Baku.ws xəbər verir ki, aparıcı xərçəng xəstəliyindən əziyyət çəkir. Onun başında bədxassəli şiş olduğu bildirilir. Yaxınlarının bildirdiyiniə görə, şiş artıq bütün bədənə metastaz verib.

Həmkarı Şəlalə İskəndərovanın Azərbaycanda həkimlər artıq xəstəliyin çox inkişaf etdiyini deyib, müalicəni dayandırıblar: "Burada həkimlər boyunlarına götűrmədilər, Ceyran artıq evdədir. Gőz-gőrə o zəhrimar xəstəliklə çarpışır. Çox əziyyətli agrıları var, ağrıkəsici iynələr də təsir etmir. Hər saniyə mőcűzə istəyirəm. Ceyran illəin televiziya işçisi olub, çox həkarlarımıza dəstək olub. Bu gün onun sizin duanıza ehtiyacı var. Həmkarıma brikdə kömək olaq".

Ceyran Nərimanın rəfiqəsi Arzu Umut sosial şəbəkədə hər kəsdən kömək istəyib: "Ceyran həyatı boyu özü üçün yaşamayıb. İllərini teatra xərcləyib, daha sonra televızyada da elə incəsənət üçün çalışıb. Halal qazanıb, qazancı quru adı olub... İndi də quru canıyla ondan güclü olan bütün bədəninə yayılan xəstəliklə əlləşir. Biz dostları gücümüz çatan qədəör ona dəstəyik. Amma yetmir. Sizdən kömək istiyirəm. Azdan nə fayda olur deməyin. Lütfen anasını balası qədər əzizləyən övladın anasını gözü yaşlı qoymayaq. Bütün dostlarımı Ceyranıma dəstəyə çağırıram".
Komissiyasız və sığortasız Daxili ipotekaya müraciət edin.

Xatırladaq ki, Ceyran Nəriman əmək fəaliyyətinə teatrda başlayıb. Daha sonra isə bir çox media qurumlarında, xüsusilə də uzun illər Space TV-də çalışıb. Hazırda DTV-də yayımlanan "Birlikdə" verilişinin aparıcısıdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb