Daha bir ölkə dollara "YOX" DEDİ - ABŞ təklənir

13:22 | 05.09.2018
Daha bir ölkə dollara

Daha bir ölkə dollara "YOX" DEDİ - ABŞ təklənir

Türkiyə və Belarus qarşılıqlı ticarətdə türk lirəsi və Belarus rubluna geçmək istəyir.

Anews.az publika.az-a istinadən istinadən xəbər verir ki, bu haqda Belarusun Türkiyədəki səfiri Andrey Savinıx bildirib.

Ankara Ticarət Odası (ATO) ilə Belarus səfirliyinin birgə təşkil etdiyi İnvestisiya və Ticarət İmkanları Forumunun açılışında danışan səfir iki ölkənin aktiv iqtisadi əlaqələrə sahib olduğunu söyləyib.

"Türkiyə və Belarus bundan sonra iki ölkə arasında aparılacaq ticarətdə milli valyutalara keçmək istəyir. Bu, ticari əlaqələrə müsbət təsir edəcək”, - belaruslu diplomat bildirib.

Qeyd edək ki, ABŞ-ın Türkiyəyə iqtisadi hücumlarından sonra dollardan imtina edərək xarici ölkələrlə ticarətdə milli valyutalardan istifadə edilməsi Ankaranın proritet siyasətinə çevrilib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun əvvəlində Çin, Rusiya və Ukrayna ilə ticarətini milli valyuta ilə həyata keçirmək üçün işlərə başladıqlarını açıqlamışdı. Prezident dollardan asılılığa son qoymaq üçün Avropanı da milli valyuta ilə ticarət aparmağa çağırmışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM