Daha bir məktəb direktoru koronavirusa yoluxdu

16:15 | 24.06.2020
Daha bir məktəb direktoru koronavirusa yoluxdu

Daha bir məktəb direktoru koronavirusa yoluxdu

Azərbaycanda daha bir məktəb direktoru koronavirusa yoluxub.

Anews.az-in məlumatına görə, Təhsil Nazirliyindən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Masallı rayonu Təzə Alvadı kənd məktəbinin direktoru, 1958-ci il təvəllüdlü Süleymanov Möhsün Cabir oğlu koronavirus (COVİD-19) diaqnozu ilə bağlı Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məktəb direktorunun səlahiyyətləri Möhsün Süleymanov sağalıb işə qayıdanadək təlim-tərbiyə işləri üzrə direktor müavini Həsrətov Ramin Xudacan oğluna həvalə edilib.

Xatırladaq ki, daha öncə Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru 1970-ci il təvəllüdlü Əliyeva Arzu Şirin qızının da test nəticəsi pozitiv çıxdığından xəstəxanaya yerləşdirilmişdi.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb