Bir müddət öncə quda olan daha iki məmurumuz bu günlərdə öz qohumluğunu rəsmiləşdirməyə hazırlaşır.
“Axar.az”ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovla “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev övladlarının toyuna hazırlaşırlar. Belə ki, nazir Əli Abbasovun oğlu Eldar Abbasov Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva ilə ailə həyatı qurur.
Gənclərin toy mərasimi yanvarın 10-da “Buta Palace”da keçiriləcək. Toya yüksək vəzifəli dövlət məmurları, qohumlar, şou-biznesin tanınmış nümayəndələri, həmçinin, bəylə-gəlinin dostları, tələbə yoldaşları dəvətlidir.
Xatırladaq ki, Eldar Abbasovla Dünya Pirverdiyeva ali təhsillərini Londonda alsalar da, Bakıda tanış olublar. Bu evlilik gənclərin öz seçimidir.
“Axar.az” saytı yeni ailə quran gənclərə xoşbəxtlik arzu edir.
ANN.Az