Daily Caller: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qarantıdır

18:23 | 08.10.2015
Daily Caller: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qarantıdır

Daily Caller: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qarantıdır

Bir müddət əvvəl nüfuzlu internet saytı "The Daily Caller”də Azərbaycan və onun partnyorlarının Avropanın enerji təhlükəsizliyinin əsas qarantları olduğu barədə məqalə dərc olunub. Məqalənin müəllifi Castin Amlerdir, yazını təqdim edirik:

İki ölkənin taleyi

Murovdağ dağ silsiləsinin kölgəsində bizim çox azımızın adını eşitdiyi ərazilər uzanır. Bu torpaqlarda baş verən münaqişə nəticəsində 40.000 insan ölüb, təqribən 1 milyon insan da məcburi köçkün olub, ancaq siz bu barədə axşam xəbər buraxılışlarında eşidə bilməzsiniz. 

Bu ərazi Dağlıq Qarabağ adıyla tanınır və o, keçmiş Sovet respublikası Azərbaycanın sərhədləri daxilindədir. Dağlıq Qarabağı Ermənistan 20 ildir işğal altında saxlasa da, region BMT, ABŞ və Avropa Birliyi tərəfindən Azərbaycanın ərazisi kimi tanınır. Sovet İttifaqı dağılarkən Moskvanın dəmir biləyi gücsüzləşdiyindən bir çox etnik münaqişələr baş qaldırdı, Moskvanın arxasında durduğu Ermənistanla neftlə zəngin Azərbaycan arasındakı münaqişə də Dağlıq Qarabağ və ətraf ərazilərdə əsl müharibənin başlanmasıyla nəticələnmişdi.  

Avropa İnsan Hüquqları Məhkəməsi, BMT, ABŞ və Avropa Məhkəməsi daxil olmaqla, mümkün olan bütün leqal qurumlarda Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi qəbul edilib. Rusiyanın hərbi dəstəyi ilə Ermənistanın əraziləri işğal etdiyi faktı təsdiqlənib. Azərbaycanlılar Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edilməsində və məsələnin müasir beynəlxalq hüquq və geopolotik bazis əsasında həll olunmasında israrlıdır. Ermənistan isə kilsələrin sayını əsas göstərməklə Xristian tarixini "sübut” kimi iddia edir. Məsələ isə odur ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, hətta orda olan məscidlər daxil olmaqla.  

Dağlıq Qarabağ münaqişəsi həm də strateji faktordur: Azərbaycan keçmiş Sovet İttifaqında yeganə ölkədir ki, onun neft kəməri Rusiyadan və İrandan keçmir. Bakı-Tbilisi-Ceyhan ABŞ-ın Alyaska kəmərindən sonra dünyanın ikinci ən böyük neft kəməridir, o, qeyri-Rusiya, qeyri-İran, qeyri-OPEK olmaqla alternativ kimi Qərbi neftlə təmin edir, o cümlədən İsrailin neft idxalının 40%-ni təmin edir,

Hazırda Azərbaycan yenə BP-nin timsalında Qərb partnyorlarıyla Qərb bazarlarına birbaşa istiqamətlənmiş, Rusiya və İrandan yan keçən qaz kəmərləri tikir, bunun da nəticəsində Avropanın Moskvadan qaz asılılığı müəyyən qədər azalmış olacaq. Ərazi mübahisələrinə görə Ermənistan qəsdən bu layihələrdən kənarda qalır, ölkə isə böyük iqtisadi gəlirlərdən məhrum olur, kasıb erməni əhalisinin vəziyyəti daha da pisləşir. Əlbəttə, bu o deməkdir ki, Azərbaycanın neft kəmərlərini nəzarətdə saxlamaq Rusiya üçün şirnikləndirici şikardır, o Rusiya ki, hazırda Krımı anneksiya etdiyinə görə iqtisadi sanksiyalardan əziyyət çəkir və getdikcə dünyadan təcrid olunur. O, təkrar yenidən regionu əlinə keçirə biləcəkmi, Rusiya Avropanın işıqlarını söndürə və onu yeni qaranlığa qərq edə bilər. Azərbaycan və partnyorları isə Avropanın enerji təhlükəsizliyində cəsarətli qarantdırlar. 

Ermənistan və Azərbaycan iki tam fərqli ölkədir. Müstəqillik qazandıqdan sonra çox güman hürkü hissindən Ermənistan gələcəyinin Rusiya ilə bağlı olduğuna qərar verdi və müstəqillikdən bəri onunla sıx müttəfiq oldu. Təəssüf ki, bununla Ermənistan özünü Rusiyanın vassalına çevirdi. Ermənistan xarici siyasətini Rusiyanın diqtəsiylə həyata keçirir, o həmçinin NATO-ya müxalif dayanan KTMT-nin üzvüdür. Ermənistan həmçinin MDB ölkələri arasında Moskvanın Avropa Birliyinə cavabı olan Avrasiya Gömrük İttifaqına qoşulan ilk ölkə oldu. Və Rusiya kimi Ermənistanın da İranla yaxın əlaqələri var. 

Azərbaycan isə əksinə Qərblə yaxın sıx müttəfiqlik münasibətlərinə başladı, Avropa meyilli, Qərb meyilli, ABŞ meyilli siyasət aparmağa başladı. O həmçinin İsrail dövlətiylə də sıx əlaqələr qurub, o, İsrailin əsasə neft təchizatçısıdır. Azərbaycanın həmçinin yəhudi xalqıyla yaxşı münasibətləri var, anti-Semitizmlə, İslam ekstemizmi ilə fəal mübarizə aparır, baxmayaraq ki, Azərbaycan müsəlman çoxluğu olan ölkədir. Azərbaycan güclü, demokratik inkişafda olan ölkədir. Qısa demək mümkünsə, o, Qərbin öz yanında görmək istədiyi ölkə modelidir, ümumi strateji maraqlar, proqressiv və demokratik dəyərlər buna rəvac verir. 

Nəhayət, bütün münaqişələrin təbiətinə uyğun olaraq, ən çox itkiyə məruz qalan elə həmin bölgədə yaşayan insanlardır. Hazırda Dağlıq Qarabağ elə Ermənistan kimidir, monolit ermənilər və xristianlardan ibarətdir. Dağlıq Qarabağ və ətraf ərazilərdə yaşayan və etnik təmizlənməyə məruz qalan bir milyon azərbaycanlı isə doğma yurdlarına qayıdacaqları günü gözləyirlər. ABŞ və Minsk qrupuna daxil olan ölkələrin tərəddüdə son qoymaq vaxtı artıq gəlib çatıb, bu ölkələr özlərinin siyasi və iqtisadi nüfuzlarından istifadə edib Ermənistana Azərbaycanla sülh bağlamağa və beynəlxalq qanunlara və hüquqa əməl etməsinə vadar etməlidirlər. 

Çünki yalnız bundan sonra, münaqişə həll edildikdən sonra bölgənin əhalisi resurslardan istifadə etməklə və torpağın onlara verdiyi imkanlardan faydalanmaqla həqiqi parlaq gələcək qura bilərlər. 

Tərcümə: Emin


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM