Dalay Lama: “Həzrəti Məhəmmədin açdığı yolu izləməliyik”

12:20 | 05.01.2016
Dalay Lama: “Həzrəti Məhəmmədin açdığı yolu izləməliyik”

Dalay Lama: “Həzrəti Məhəmmədin açdığı yolu izləməliyik”

Tibetin sürgündə olan ruhani lideri Dalay Lama (Tenzin Gyasto) Hindistanda müsəlmanların təşkil etdiyi konfransda iştirak edib.

 ANS PRESS-in məlumatına görə, Hindistanın cənubundakı Maysur ərazisində keçirilən konfransda Dalay Lama söz istəyərək çıxış edib. 

Çıxışına, "Həzrəti Məhəmməd (əs) bəşəriyyətin sülhü üçün izlənməsi vacib olan yolu açan insandır” – sözü ilə başlayan buddist lider Qurani Kərimin bu yolun təminatı və rəhbəri olduğunu vurğulayıb. 

"Biz bütün dünyada sülh istəyiriksə, həzrəti Məhəmmədin (s.ə.s) açdığı yolu izləməliyik. Bu yol tiranlığı və terrorçuluğu yox edəcəkdir. Həzrəti Məhəmmədin verdiyi mesaj sülhdür, sevgidir və tolerantlıqdır”. 

Tibet ruhanisinin bu sözləri tədbir iştirakçıları tərəfindən uzun müddət ayaqüstə alqışlanıb. 

Tədbirin sonunda Dalay Lamaya ingilis dilində Qurani Kərim və İslam dininin təməl kitabları hədiyyə olunub, bu cür görüşlərin ənənəvi hal alması üçün iş başladılıb. 

Tibetin sürgündə olan ruhani lideri Dalay Lama bundan əvvəl də İslam dini barədə müsbət fikirlər açıqlamışdı. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb