"Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur"

18:25 | 13.07.2015

"Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur"

"Ermənistan danışıqlar prosesini boykot edir”

"Ermənistanda kriminal diktatura rejimi öz xalqını əzir, xunta xalqın hesabına varlanır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur”.
 
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu bu gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
 
Dövlət başçısı bildirib ki, Ermənistan sadəcə, danışıqlar prosesini boykot edir, maksimum dərəcədə bu məsələni uzatmağa çalışır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür