Danışılmış oyunlardan 10 milyon qazanan kluba ağır cəza

22:30 | 15.04.2019
Ukraynanın "Sumy" futbol komandasının iştirakçısı olduğu danışılmış oyunlardan 10 milyon avro qazanc götürülüb.

Anews.az Goal.az-a istinadən xəbər verir ki, bu barədə "Futbol 1" telekanalında yayımlanan "Velikiy futbol" proqrmanda bildirilib. Məlumata görə, Ukrayna ikinci liqasında çıxış edən komanda 1,5 il ərzində 30-dək danışılmış oyun təşkil edib.

Bu görüşlərdən müxtəlif şəxslər ümumilikdə 10 milyon avro irəli düşüblər.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Futbol Federasiyası ölkənin ikinci liqasında çıxış edən "Sumy"nı bütün yarışlardan kənarlaşdırıb. Komandanın özü isə peşəkar statusdan məhrum edilib. 

www.anews.az
loading...

Xəbər lenti