David Cameron Britaniya parlamentindən istefa verir

19:59 | 12.09.2016
David Cameron Britaniya parlamentindən istefa verir

David Cameron Britaniya parlamentindən istefa verir

Britaniyanın keçmiş Baş naziri David Cameron Mühafizəkarlar partiyasından parlament üzvlüyünü tərk etdiyini bildirib.
 
O, Oxfordshire qraflığındakı Witney dairəsindən Britaniya parlamentinin İcmalar palatasına üzv seçilmişdi. Bundan öncə isə o, gələn seçkilərədək millət vəkili qalacağını demişdi. Cənab Cameron baş nazirlik vəzifəsindən iyunun 24-də istefa verib. Onun istefasının səbəbi Britaniyanın Avropa İttifaqından çıxmasına aparan Brexit referendumu idi.
 
Cameron Witney dairəsini parlamentdə 2001-ci ildən bəri təmsil edirdi. 2005-ci ildən isə Britaniyanın Mühafizəkarlar partiyasının rəhbəri idi. İyun ayında keçirilmiş referendumda iştirak edənlərin çoxu Britaniyanın Aİ-ni tərk etməsinə səs verib. Brexit lehinə səs verənlər 52 faiz təşkil edib. //bbc.com/azeri

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb